Baş Dövlət Yol Polisi İdarəsinin həftə sonu ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Pravda.az həmin müraciəti təqdim edir:
"Həftə sonlarında əhalinin istirahət məkanlarına üz tutması, ailəvi ziyarətlərin və müxtəlif kütləvi tədbirlərin sayının artması ilə əlaqədar olaraq respublika yollarında nəqliyyat vasitələrinin hərəkət intensivliyində ciddi artım müşahidə olunur. Bu halda, yol hərəkəti qaydalarına riayət edilməməsi və diqqətsizlik qəza riskini əhəmiyyətli dərəcədə artırır. Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə sürücülərə və piyadalara müraciət edərək, hər kəsi diqqətli olmağa və qaydalara ciddi şəkildə riayət etməyə çağırır.
Sürücülərin diqqətinə çatdırılır:
* Nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamadan yola çıxmayın.
* Sürət həddinə ciddi əməl edin və ara məsafəsini qoruyun.