"Pensiya müavinətdən həmişə yüksək olub. Çünki vətəndaş vaxtilə işləyib gəlirlərindən sığorta haqqı ödəyir və gələcəkdə də həmin sığorta haqqının müqabilində pensiya ilə təmin olunur. Əgər Dövlət Sosial Müdafiə Fonduna heç bir töhfə verməyib, yəni sığorta haqqı ödəməyib və yaxud da az müddət ərzində işləyibsə, həmin şəxslərin pensiya hüququ yaranmadıqda, onlara sosial yardım məqsədilə müavinət verilir".
Bunu İTV-yə açıqlamasında DSMF-nin Pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov bildirib.