Şəki rayonunda 1999-cu il təvəllüdlü Ruslan yetkinlik yaşına çatmayan Laləni (adlar şərti verilib - red.) evlənmək məqsədilə qaçırıb və onunla cinsi əlaqədə olub.
Pravda.az-ın Teleqraf-a istinadən əldə etdiyi məlumata görə, Ruslan müddətdən artıq hərbi xidmətdə olarkən 2021-ci ilin avqust ayının sonlarında “Tik-tok” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Kürdəmir rayon sakini Lalə ilə evlənmək qərarına gəlib.
Bu məqsədlə Laləni 26 sentyabr 2021-ci ildə saat 14 radələrində könüllü razılığına əsasən Kürdəmir rayonunda kirayə yaşadıqları evdən Şəki rayonunun kəndinə, valideynlərinin evinə gətirib. Həmin gün saat təxminən 22 radələrində Lalənin on altı yaşına çatmadığını bilə-bilə təbii yolla könüllülük əsasında ilk dəfə cinsi əlaqədə olub, onun qızlıq pərdəsinin tamlığını pozub.
Sonradan onların münasibətləri korlanıb və ayrılana qədər, yəni 2023-cü ilin mart ayının ortalarınadək həmin evdə mütəmadi olaraq dəfələrlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olublar.
İstintaq orqanı tərəfindən Ruslanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan bildirib ki, 2021-ci ildə hərbi xidmətdə olub: “Mən “Tik-tok” sosial şəbəkəsi vasitəsi ilə Lalə ilə tanış oldum. Bir müddət sonra telefon vasitəsi ilə danışmağa başladıq. Fikrim ciddi olduğu üçün onun yaşadığı Kürdəmir rayonuna getdim. Laləgil məni xoş qarşıladılar. Oturub söhbət etdik, yaxından tanış olduq.
Mən getmək istəyəndə Lalənin anası bildirdi ki, artıq gecdir, istəsən bizdə qala bilərsən. Gecəni onlarda qalası oldum Təzəcə yerimə girmişdim ki, Lalə yatdığım otağa gəldi. Əynində normal paltar yox idi. Ondan əyninə paltar geyinməsini xahiş etdim. Bildirdi ki, anam deyib, belə gedərsən. Mən də anasının nə üçün belə işlərə qarışdığını soruşdum. Sonra Lalə gələrək yanımda yatdı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra onlar qeyri-təbii yolla cinsi əlaqədə olublar:
“Həmin vaxt Lalənin anası yan otaqda yatmışdı. Ertəsi gün mən hərbi hissəyə qayıtdım. Fikirləşdim ki, düz hərəkət etmədim. Oktyabr ayının 8-də ad günüm olduğu üçün Lalənin anasına zəng vurdum ki, fikrim ciddidir və ailəmlə birlikdə onlara gəlmək istəyirəm. Cavab verdi ki, qızı ilə birlikdə Bakı şəhərinə getmək istəyir. Lalənin anası rəfiqəsi ilə “pis yolda” idilər. Lalə özü də anasının pis yolda olmasından narazılıq edirdi.
Lalənin anası “saxladığı oğlan”la Bakı şəhərinə getməli idi. Laləyə yazığım gəldiyi üçün zəng etdim və onu qaçırtmaq istədiyimi bildirdim. Xahiş etdi ki, bu barədə anasına deyim. Lalənin anası ilə danışdım. Bildirdi ki, mən Bakıya gedirəm, siz də nə edirsiniz edin”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin zaman dostu ilə Şamaxı şəhərinə gedirmiş: “Dostuma nişanlımın Kürdəmir rayonunda yaşadığını və onu evimə aparacağımı bildirdim. Laləni evimizə gətirdim. Evdə söz-söhbət yarandı, atam narazılıq etdi ki, Lalə azyaşlıdır, olmaz, onu evinə aparın. Biləndə ki, iş işdən keçib, məcbur qalıb hamı razılaşdı.
Lalə ilə imam nikahı kəsdirmək istədim, qızın yaşı az olduğuna görə imam bundan imtina etdi. Həmin günün axşamı Lalə təbii yolla cinsi əlaqədə olduq. Bir müddət sonra, təqribən noyabr ayının 20-də toyumuz oldu”.
Ruslanın sözlərinə görə, bundan əvvələ onu Kürdəmir rayon polis şöbəsinə dəvət ediblər və qız qaçırmasını bildiriblər: “Polis şöbəsinə getdik. Lalə bəzi analizlərdən keçdi. Hər şey təmiz çıxdı və söhbət bağlandı. Toyumuzdan bir gün əvvəl polis əməkdaşları gələrək bildirdilər ki, əgər həmin qız toyda olsa, səni həbs edəcəyik.
Toyumuz olan vaxt Lalənin ailəsi xonçalarla gəldilər. Mən toydan sonra hərbi hissəyə qayıtdım, Lalə də öz evlərinə getdi. Bir neçə gün sonra zəng vurub dedi ki, anam məni döyür, deyir ki, səni işlədib atdılar üstümə. Ona bildirdim ki, narahat olma, səni yanıma gətirəcəm.