Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Kəlbəcərdə zəlzələ oldu

661
Paylaş:
Kəlbəcərdə zəlzələ oldu

Kəlbəcərdə zəlzələ baş verib

Bu gün yerli vaxtla saat 00:35-də Kəlbəcər rayonu ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Ağdam stansiyasından 48 km cənub-qərbdə, Kəlbəcər rayonu ərazisində baş verib. Zəlzələnin maqnitudası 3,7 bal, dərinliyi isə 11 kilometr olub.

Zəlzələnin episentrində yeraltı təkanlar zəif hiss olunub. İlkin məlumatlara görə, dağıntı və ya insan tələfatı yoxdur.

Hazırda ərazidə seysmik vəziyyət müşahidə altında saxlanılır. 

Paylaş:

Ən son xəbərlər