Akademik Milli Dram Teatrının (Azdrama) səhnə arxasında əlbəyaxa dava baş verib. Pravda.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya sözügedən teatrın aktyorları məlumat verib.
Onların bildirdiyinə görə, davaya səbəb kənar teatrların aktyor və rejissorlarının Akademik Milli Dram Teatrına dəvət edilməsinə etiraz olub.
Dava teatrın bədii şurasının iclasında baş verib. Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Aktyor deyib ki, "Azdrama"ya təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar.