BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda qardaş qardaşın qanını tökdü

Zaqatalada qardaş qardaşı bıçaqlayıb.

 

Pravda.az-ın xəbərinə görə, ötən gün axşam saatlarında rayonun Lahıc kənd sakini, 1988-ci il təvəllüdlü Sərxan İsmayıl oğlu Abdullayev sağ boğaz nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

 

S. Abdullayevə lazımi tibbi yardım göstərilir, müalicəsi xəstəxanada davam etdirilir. S. Abdullayevin vəziyyətinin orta-stabil olduğu bildirilir.

 

Araşdırma zamanı məlum olub ki, S. Abdullayev özündən doqquz yaş böyük qardaşı Kənan Abdullayev ilə şəxsi münasibətlər zəminində mübahizə edib. Mübahizə zamanı K. Abdullayev üzərində olan bıçaqla S. Abdullayevi bıçaqlayıb. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.APA

Tarix: 4 İyul 2020, 09:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin