Bakıda 9 yaşlı uşağın ağciyərindən yad cisim çıxarılıb.
Zaqatala sakini olan İslam Qurbanovun səhhətində narahatlıq yaranıb. Həkim də rentgendən sonra ona soyuqdəymə əlieyhinə müalicə yazıb. Xeyli müddət də bu cür müalicə olunub. Lakin Bakıya gətirildikdə məlum olub ki, azyaşlı düymə udub.
O da məlum olub ki, məktəbli yoldaşları ilə oynayan zaman kiçik dəmir parçasını udan İslam Qurbanov bununla bağlı valideynlərinə məlumat verməyib.