Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Qazaxda nişanlanan şəxs və yaxınları cərimələndi - FOTO

1 560
Paylaş:
Qazaxda nişanlanan şəxs və yaxınları cərimələndi -   FOTO

Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyul ayının 3-də Qazax Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən “Sərin Göl” restoranında nişan mərasimin keçirilməsi barədə məlumat daxil olub. Dərhal RPŞ-nin  əməkdaşları adıçəkilən restorana gələrək nişan mərasimini dayandırıb, obyekt sahibi və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətirilib.

Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Tahir Muradov əvvəlcədən obyektin sahibi, əvəllər məhkum olunmuş, Tahir Novruzov ilə danışaraq restoranda nişan mərasimi keçirmələri barədə razılığa gəliblər.

Paylaş:

Ən son xəbərlər