“Ölkənin hərbi prokuroru kimi səlahiyyət müddətim başa çatmışdı. Ona görə də mənim təqaüdə yola salınmağım gözlənilməz olmadı”. Bunu Gununsesi.info-ya açıqlamasında dünən təqaüdə göndərilən hərbi prokuror Xanlar Vəliyev bildirib.
“Mən əsgərəm, ölkə başçısı nə məsləhət görəcəksə, hazıram”
Konstitusiya Məhkəməsinə hakim göndəriləcəyinə dair yazılanlara gəlincə, Xanlar Vəliyev “Mən əsgərəm. Ölkə başçısı nə məsləhət görəcəksə, hazıram”, - deyib.
Qeyd edək ki, 1955-ci il təvəllüdlü Xanlar Vəliyev 2005-ci ildən Azərbaycanın hərbi prokuroru idi.