Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

39 yaşlı qadını fotoları ilə şantaj edən şəxs saxlanıldı

680
Paylaş:
39 yaşlı qadını fotoları ilə şantaj edən şəxs saxlanıldı

Sumqayıtda qadını fotoları ilə şantaj edən 26 yaşlı oğlan saxlanılıb.

Bu barədə DİN-dən bildirilib.

Sumqayıtda fotoları ilə şantaj olunan qadını son anda polis qoruyub. Təhlükəli əməl o həddə çatıb ki, 26 yaşlı N.Kərimov 39 yaşlı qadının sosial şəbəkələrdə barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib müəyyən miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirib. Ancaq qadının ondan tələb etdikcə pul verdiyini görən şəxs məbləğləri artırmağa başlayıb, dayanmayıb.

Həmin şəxs polis tərəfindən saxlanılıb.

Paylaş:

Ən son xəbərlər