“Zloy qaqasel” profili ilə insanları təhqir edən, onlardan pul tələb edən şəxs müəyyən olunaraq saxlanılıb.
Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, bir müddətdir “TikTok” sosial şəbəkəsində müxtəlif şəxsləri şantaj edən, insanlar barəsində rüsvayedici məlumatlar paylaşan “Zloy qaqasel” profilinin sahibi həbs edilib.
Onun daha əvvəl müxtəlif cinayət əməlləri törətdiyi, 10 ildən artıq həbsxana həyatı yaşadığı məlum olub.
Cavad Əliyev adlı şəxs profilin sahibinin özü olmadığını deyib. Amma profilin əsl sahibinin kimliyini də açıqlaya bilməyəcəyini söyləyib.
