Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Sumqayıtda DƏHŞƏT: İt 6 nəfəri dişlədi

614
Paylaş:
Sumqayıtda DƏHŞƏT:     İt 6 nəfəri dişlədi

Bu gün saat 18:00 radələrində 6 nəfər it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 1 nəfərə zəruri tibbi yardım göstərilib, müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

Uşaq Xəstəxanasına yerləşdirilən 5 nəfərin hər birinə zəruri tibbi yardımlar göstərilib. Müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Başın dişlənmiş-didilmiş yarası diaqnozu təyin edilən 1 nəfərin müalicəsi isə Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir, hazırda vəziyyəti orta ağırdır./Report

Paylaş:

Ən son xəbərlər