"5 ay əvvəl 22 500 manata satdığım maşını 21 min manata alan yoxdur. Hamı ucuz olduğu üçün Çin avtomobilini alır".
Bunu Baku TV-yə açıqlamasında avtomobil alverçisi bildirib.
Onun dedikləri rəsmi statistikada da öz əksini tapır.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-fevral aylarında ölkəyə gətirilən ənənəvi minik avtomobillərinin orta qiyməti 13 147 ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4.5 faiz çoxdur. Halbuki hibrid avtomobillərdə 40 faiz ucuzlaşma olub.
Belə ki, 2024-cü ilin ilk iki ayında ölkəyə idxal edilən belə maşınların orta qiyməti 32 178 dollar olsa da, 2025-ci ildə qiymət 19 304 dollara enib.