Eşitmə itkisi ürək-damar xəstəliklərinin, o cümlədən ürək çatışmazlığının erkən göstəricisi ola bilər. Bununla belə, eşitmə cihazları bu cür patologiyaların inkişaf riskini azaltmır.
Britaniya alimləri bu qənaətə gəliblər. Araşdırmanın nəticələri "Heart" jurnalında dərc edilib.
Məlumata görə, alimlər Böyük Britaniyanın Biobankı tərəfindən təqdim edilən 164 431 könüllünün məlumatlarının təhlili əsasında bu qənaətə gəliblər. Sınaqda iştirak edənlərin orta yaşı 56 il təşkil edib və tədqiqatın əvvəlində iştirakçılardan heç biri ürək çatışmazlığından əziyyət çəkməyib.
Birinci mərhələdə mütəxəssislər SRT (nitq qavrayış həddi) testindən istifadə edərək iştirakçıların eşitmə funksiyasını qiymətləndiriblər. Bu test bir insanın 50% ehtimalı ilə danışılan bir sözü düzgün təkrarlaya biləcəyi minimum səs intensivliyini əks etdirir.