Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Natəvan Bayramova tutduğu vəzifədən gedib. Bakupost.az -ın əldə etdiyi məlumata görə, o, işdən azad olunması ilə ilə bağlı ərizəsini Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova təqdim edib.
Məsələ ilə bağlı Natəvan Bayramova Bakupost.az -a açıqlamasında xəbəri təkzib etmədi.
"Hələlik bu barədə açıqlama vermək istəmirəm. Uyğun bir zamanda məsələ ilə bağlı sosial şəbəkə hesabımda məlumat verəcəyəm", - deyə Natəvan Bayramova vurğuladı.
Qeyd edək ki, Natəvan Bayramova bu vəzifəyə 2023-cü ilin fevralında təyin edilmişdi.
2019-cu ildən 2022-ci ilin dekabr ayınadək isə o, "Azərbaycan Dəmir Yolları" QSC-də Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsində çalışıb.