Bakıda avtomobil yuma məntəqəsində "Range Rover"dən 10 min dollara yaxın pul oğurlayan şəxsə hökm oxunub. Pravda.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Nəzər Y. fəhlə kimi işlədiyi "moyka"da Eldəniz adlı müştərinin "Range Rover" markalı avtomobilindən 10 min dollara yaxın pul götürməkdə ittiham edilərək saxlanılıb. Hadisə Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində avtoyuma məntəqələrindən birində baş verib.
Belə ki, zərərçəkmiş şəxs özünə məxsus "Range Rover" markalı avtomobili gecə saatlarında yuyulmaq üçün "moyka"ya verib. Hadisənin səhəri gün zərərçəkmiş avtomobili ilə rayonların birinə gedib. Orada məlum olub ki, Nəzər Y. adlı şəxs onun maşınından 9400 dollar (15980 manat ) pul oğurlayıb.