Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. "Bolt" şirkətinin taksisi kənar yoldakı beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Qəzadan sonra sosial şəbəkələrdə sürücü, 1974-cü il təvəllüdlü Anar Nəcəfovla bağlı müxtəlif iddialar irəli sürülüb. Məsələ ilə bağlı "Unikal"a açıqlama verən sürücünün qohumu Allahverdi Xanəliyev hadisənin baş vermə səbəbini açıqlayıb:
"Anar Nəcəfov yaşlı və xəstə adamdır, imkansızlıqdan taksi sürməyə başlamışdı. Cəmi 1-2 gün idi ki, taksidə işləyirdi. Maşın şirkətə məxsus olub.