Supermarketlərdə qiymətlərin əl yandırmasına baxmayaraq, ticarət obyektləri hələ üstəlik vitrin və kassadakı qiymət fərqləri ilə də alıcıların cibinə girir. Diqqət yetirisək, görərik ki, vətəndaşlar sosial şəbəkələr ən çox bu barədə yazırlar. Amma onların bu şikayətlərinə reaksiya verən belə olmur.
Qeyd edək ki, alıcıların vitrin və kassa arasında qiymət fərqi ilə bağlı ən çox şikayət etdikləri supermarketlərdən biri və bəlkə də birincisi “Bravo” supermarketidir. Bu supermarketdəki qiymət fərqləri ilə bağlı sosial şəbəkələrdə hər gün yazırlar. Xüsusən də “Bravo” supermarketin malalarının reklam olunduğu səhifələrdə belə şikayətlər həddindən artıq çoxdur. Poliqon “Bravo” supermarketindən olan çox saylı şikayətlərin bəzilərini təqdim edərək qeyd edir ki, istahlakçıların hüquqlarının kobud şəkildə pozulmasına baxmayaraq, əlaqədər qurumlar sosial şəbəkələrdəki bu şikayət tipli paylaşımlara qətiyyən reaksiya vermirlər. Hər bir halda bu şikayətlərin araşdırılması və bu şikayətlərə əsaslanaraq supermarketlərdə reydlərin həyata keçirilməsi bu qurumların vəzifə borcudur.
Mövzunu Poliqon-un əməkdaşı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynovla müzakirə edib.
Poliqona açıqlamasında son illərdə istehlakçıların aldadılmasının geniş yayıldığını qeyd edən Eyyub Hüseynov bildirib ki, vitrində malın qiymətinin aşağı, kassada isə yuxarı olması halları getdikcə artır: “Bu son 6 ildə Azərbaycanda geniş yayılmış istehlakçını aldatmaq məslələrindən biridir. Yəni vitrində malın qiymətinin aşağı, kassada isə yuxarı olması halları getdikcə artır. Hər həftə bu barədə “Azad İstehlakçılar Birliyi”nə çoxlu sayda telefon zəngi gəlir. Bu hal bütün marketlərdə mövcuddur.
Çox təəssüf ki, süni qiymət artımının qarşısını almaq üçün heç bir təşəbbüs göstərilmir. Çünki hökümətin istehlakçı siyasəti bərbad gündədir. Bu kimi hallar olanda onun kökünü qanunlarda axtarmaq lazımdır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub, ondan sonra qanun dəyişməyib və ancaq zəifləyib. Bazar dəyişib, müasir texnologiyalar daxil olub və s. Lakin qanun dəyişməz qalıb. Hökümətin qanunu dəyişmək, yaxud da İstehlakçı siyasətini formalaşdırmaq niyyəti yox dərəcəsindədir.
İllər öncə 2009-cu ildə İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti yaradılanda biz çox sevindik. Düşündük ki, ən nəhayət belə bir dövlət xidməti yarandı. Bundan sonra sanki hökümət peşman oldu və qurum adını da dəyişdilər. Bir yaxşı cəhət o oldu ki, həmin qurum İqtisadiyyat Nazirliyinin daxilindən götürülüb, Prezident Administrasiyasına daxil olan bir quruma çevirilib. Yəni Prezident yanında Dövlət Antiinhisar və bazara nəzarət Dövlət Agentliyi yaradıldı. Lakin onlardan da çox şey gözləsək də, bu qurumub da istehlakçıların hüquqları barədə hələ ki, müsbət heç bir addım görmürük.
Ölkədə qiymətlərlə istehlakçılara zərər vurmaq, süni qiymət artımı məsələsi hələ də aktual qalır. Təkcə bu cür aldadılma yox, almadığı mal üçün İstehlakçıdan pul almaq məsələsi var. Yəni kassada çekə alıcının almadığı mal belə salınır və aşkarlandıqda bunu texniki səhv olaraq izah edirlər.
Məsələn bizə daxil olan son şikayətə görə, göyərti sayılan hissəsdə vətəndaş 86 qəpiyə badımcan alıb, qiyməti vuran isə 36 manata ekzotik meyvənin qiymətini yazıb. Kassada da onu yoxlayırlar və o qiymət alınır. Yəni bunu texniki səhv olaraq dəyərləndirmək mümkündür, amma belə halalr təkrarlanırsa, o zaman buna artıq texniki səhv deyə bilmərik.
Bütün hallarda İstehlakçıların hərəkət alqoritmi belə olmalıdırlar:
İstehlakçı qiyməti ödəməli və yetindəcə mağazanın müdirinə müraciət etməlidir. Qiyməti vitrində düzətməlidir və istehlakçıların hüququ var ki, taxçada gördüyü qiyməti ödəsin.
İstehlakçı əgər ictimai fəallıq göstərmək istəyirsə, həmin malın qiymətin telefonuna çəksin, saxlasın, sonra da Prezident yanında yaradılmış dövlət qurumuna materialları göndərsin. Çox təəssüf olsun ki, həmin qurumda istehlakçılarla əlaqə yaratmaq istəmirlər. Gərək onların elektron poçtlarına girəsən, o şəkilləri oraya yükləsəyən, göndərəsən, şikayət yazarsan və s.
Əgər hökumətin istehlakçılarla əlaqə qurmaq fikri varsa, buyursunlar onlarla əlaqə yaratmaq üçün daha asan komunikasiya imkanları yaratsınlar.





