Naxçıvanda itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı məhkəmə istintaqı başa çatıb.
"Report" xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində keçirilən prokuror çıxış edərək təqsirləndirilən polkovnik Samir Həziyev 5 il və hərbi hissənin tibb xidməti rəisi işləmiş, tibb xidməti kapitanı Aydın Quliyevə isə 4 il azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin prokuror A.Quliyevin məhkəmə zalında həbs olunması təklif olunub.
Məhkəmə prosesi aprelin 17-də davam edəcək.