Rusiyanın Krasnoyarsk vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı milyonçu Rəşad Həsənovun Şimal magistralında yerləşən tərəvəz anbarına basqın ediblər. Pravda.az lent.az-a istinadla xəbər verir ki, əməliyyat nəticəsində 20 miqrant ərazidən uzaqlaşdırılıb.
Məlumata görə, müəssisədən 6 əcnəbi hərbi komissarlığa göndərilib, daha 3 nəfər isə çoxsaylı qanun pozuntularına görə ölkədən deport ediləcək.