Son dövrlərdə telefonla edilən zənglər vasitəsilə bank kartlarından pul oğurlayan dələduzların sayı çoxalmaqdadır.
Bəhanələr müxtəlif olsa da, səbəb birdir: insanları aldadaraq kartlarındakı pulu mənimsəmək.
İT mütəxəssisi Rəşad Əliyev son zamanlar edilən fişinq hücumlardan danışarkən bildirib ki, əgər videozəng edilibsə, bu, artıq biometrik tanıtımdır:
"Dələduzlar biometrik tanıtımda vətəndaşın adına yaradılan SİMA-dan qeydiyyatdan keçib digər əməliyyatları apara bilərlər".
Həmçinin ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 40 min manata yaxın və 595 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.