Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 12.04.2025-ci il tarixində saat 06:00 radələrində Koroğlu metrostansiyası yaxınlığından yol-nəqliyyat hadisəsi səbəbilə çağırış daxil olub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən qapalı-kəllə beyin travması diaqnozu ilə 40 yaşlı şəxs (qadın cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub",- deyə məlumatda qeyd edilib