“Nə qədər ki, bəzi insanlar kinonu, teatrı idarə edirlər, o vaxta qədər də bu sahədə inkişafdan danışa bilməyəcəyik. Sənəti inkişaf etdirmək üçün bu işin qədrini bilmək lazımdır. Burada tanışlıq, qohumluq, rəfiqəlik olmamalıdır. Əsl sənətkar üçün yol açılmalıdır. O da çox təəssüf ki, bu gün yoxdur. Ona görə də aləm dəyib bir-birinə. Bu belə də olmalı idi. Həddən artıq pərakəndəlikdir. Çox şeyləri mən xırdalamaq istəmirəm. Hər bir vəzifədə olan insan Azərbaycan xalqının mənliyini, şəxsiyyətini, onun mədəniyyətini doğma hesab etməyənə qədər belə olacaq”. Bunu Medianews.az-a açıqlamasında xalq artisti Rasim Balayev deyib. Sənətkar daha sonra Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Səyyad Aranın xalq artisti Cahangir Novruzovun ölkəyə qayıtması təklifini səsləndirməsinə də münasibət bildirib:
“Cahangir çox istedadlı insandır, sənətkardır. Türkiyədə teatr yaradıb, dərs deyir. Niyə burada işləməli deyil ki, gedib orada çalışır? Çox istərdim ki, gəlsin Azərbaycanda, öz doğma vətənində işləsin. Həm aktyor, həm də rejissor kimi çox istedadlıdır. Amma bu sahəni təkcə Cahangir düzəldə bilməz. Bu bir nəfərlə olmur.