Aprelin 12-də Xətai rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində ümumrayon iməcliyi və ağacəkmə aksiyası təşkil olunub.
Pravda.az xəbər verir ki, aksiyada rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon idarə-müəssisə kollektivləri, rayon bələdiyyələri, rayon ağsaqqalları, şəhid ataları və sakinlər iştirak ediblər.
Ümumrayon iməcliyində rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, rayon üzrə xidmət göstərən idarə-müəssisə və təşkilatların, təhsil, səhiyyə müəssisələrinin əməkdaşları iştirak ediblər.