Bakıda kriminal aləmə yaxınlığı ilə tanınan Allahverdi Mirzəyevi güllələyərək öldürdüyünə görə həbs edilmiş qaynı Taryel Qurbanovun ailəsi dələduzluqla üzləşib.
Qəsdən adam öldürmədə təqsirli bilinərək 11 il 6 ay həbs cəzası alan Taryelin ailəsini aldadaraq 28 min manat alıblar.
Belə ki, 1961-ci il təvəllüdlü Faiq Şirinov Zakir adlı tanışı vasitəsilə T.Qurbanovun atası Almaz Qurbanova oğluna yüngül cəza verdirəcəyini bildirib və bunun qarşılığında 28 min pul alıb. Lakin bir müddət sonra Faiqin daha əvvəllər də dələduzluq əməlinə görə tutulması, bu işi də həll etməyərək pulları ələ keçirməsi məlum olub.

