Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

DİN vətəndaşlara onlayn alış-verişin riskləri ilə bağlı xəbərdarlıq etdi: İctimai Wi-Fi şəbəkələrindən istifadə etməyin

550
Paylaş:
DİN vətəndaşlara onlayn alış-verişin riskləri ilə bağlı xəbərdarlıq etdi:     İctimai Wi-Fi şəbəkələrindən istifadə etməyin

Daxili İşlər Nazirliyi vətəndaşlara onlayn alış-veriş edərkən bank kartı məlumatların təhlükəsizliyini qorumaqla bağlı xəbərdarlıq edib.

Pravda.az xəbər verir ki, xəbərdarlıqda deyilir: “Onlayn alış-veriş edərkən bank kartı məlumatlarınızın təhlükəsizliyini qorumaq üçün aşağıdakı qaydalara diqqət yetirməyiniz tövsiyə olunur: Bank kartınız ilə onlayn alış-veriş edərkən ictimai Wi-Fi şəbəkələrindən istifadə etməyin; Ünvan hissəsində kilid işarəsi və ya "https:" olmayan veb-saytlara kart və digər fərdi məlumatlarınızı ötürməyin; Kart məlumatlarınızı veb-saytların və brauzerin yaddaşında saxlamayın”.

Paylaş:

Ən son xəbərlər