"2006-cı ildə salonda olanda dostumun maşını oradan keçirdi. Onunla görüşəndə gördüm onu, belə tanış olduq. İkinci dəfə ailə qurmaq ağlımda yox idi. Təklif onun tərəfindən gəldi. Bizim münasibətimizdə məntiq daha çox rol oynadı".
Pravda.az "axşam.az"a istinadən xəbər verir ki, Əməkdar artist Nüşabə Ələsgərli "Həftənin qonağı" verilişində deyib. O, həyat yoldaşı Rza ilə necə ailə qurmalarından danışıb:
"O, Kanadaya getməyə hazırlaşırdı. Onun 32 yaşı var idi, mənim isə 38. Tanış olandan sonra onun qəlbində başqa hisslər də yarandı. Mənə təklif edəndə gülməyim gəldi. Bir azərbaycanlı ana olaraq istəməzdim ki, subay oğlum ailə qurub boşanmış biri ilə evlənsin. Onun tərəfindən düşündüm. Anam da bu mövzunun çox əleyhinə idi. Ona dedim ki, "olmaz". Vizası gəldi, o da çıxıb getdi Kanadaya. 4 aydan sonra bir də gördüm ki, qayıdıb. Söylədi ki, "fikrim ciddidir, orada qala bilmədim". Allah şahiddir ki, mən ona demişdim, get, həyatını qur. Toyda idim zəng gəldi, hava limanında dostu ilə onu qarşıladım. Pis çıxmasın, məcbur qaldım, çünki mənə görə bu qədər qurban verib. Anam razılaşmırdı. O, köhnə fikirli idi. Elə mən də o cür fikirliyəm. Əslində anam haqlıdır. Həyat yoldaşımın qəşəng sözlər deməyi yoxdur, onda hər şey əməldədir".
N.Ələsgərli həyat yoldaşının ailəsinin buna münasibətini açıqlayıb: