Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

“Sobsan“ boya fabrikindəki yanğında FHN-in əməkdaşı xəsarət aldı

1 422
Paylaş:
“Sobsan“ boya fabrikindəki yanğında FHN-in əməkdaşı xəsarət aldı

7-ci mikrorayondakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı FHN-in yanğından mühafizə xidmətinin əməkdaşlarından xəsarət alanlar olub.

Pravda.az xəbər verir ki, hadisə nəticəsindən tüstüdən zəhərlənən yanğınsöndürənlər yoldaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar.

Bundan əlavə mülki vətəndaşlardan da xəsarət alanların olduğu bildirilib.

Yanğının söndürülməsi üçün əraziyə əlavə qüvvə və texnika cəlb olunub.Baku TV

Paylaş:

Ən son xəbərlər