Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) dərc etdiyi təqvimə əsasən, Məhərrəm ayının 1-i Azərbaycanda iyunun 26-na, Aşura günü isə iyulun 5-ə təsadüf edəcək. Məhərrəm ayı iyulun 25-də başa çatacaq və səfər ayı başlayacaq.
Məhərrəm ayının önəmi və vacibatları barədə məlumat almaq üçün Oxu.Az QMİ-nin əməkdaşı, ilahiyyatçı-alim Samid Quliyevlə həmsöhbət olub.
İlahiyyatçı-alim bildirib ki, məhərrəm ayının xüsusi vacibatları yoxdur:
"Bu ayda təşkil olunan mərasimlər, əzadarlıqlar peyğəmbərin sevimli nəvəsi imam Hüseynin Kərbəla döyüşündə şəhid olmasının il dönümü ilə əlaqədar təşkil edilir. Matəm mövsümündə imam Hüseynin şəninə yazılmış mərsiyələr, qəsidələr oxunur".