Sumqayıtda üçotaqlı fərdi yaşayış evi yanıb. Hadisə "BTZ" bağları adlanan ərazidə qeydə alınıb.
İlkin səbəb olaraq, qısaqapanmanın baş verdiyi ehtimal edilir.
Qeyd edək ki, yanğın baş verən evin sakinləri iki yeniyetmədir.
Məlumata görə, onların anaları hazırda məhkumluq həyatı yaşayır, ataları isə ailəni tərk edib. Beləliklə, uşaqlar 3 ildir ki, valideyn nəzarətindən məhrumdurlar.