Baş prokurorun müavini - Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatıb və o, təqaüdə göndərilib. Hələlik həmin vəzifələrə yeni təyinat yoxdur.
Bəs hazırda hərbi prokurorun səlahiyyətlərini kim icra edir?
Pravda.az Teleqraf-a istinadən xəbər verir ki, Azərbaycanın hərbi prokurorunun 3 müavini var.
Bunlar ədliyyə general-mayoru Şəfahət İmranov, ədliyyə general-mayoru Fuad Məmmədov və ədliyyə polkovniki Mehdi Hüseynzadədir.
Onlardan ən təcrübəlisi Ş.İmranovdur. O, 1972-ci ildə Göyçay rayonunda anadan olub. 2005-ci ildən Hərbi Prokurorluqda çalışır. General-mayor 16 ildir hərbi prokurorun müavinidir. Ş.İmranov bu vəzifəyə 2009-cu il dekabrın 4-də o zaman Baş prokuror olan Zakir Qaralovun əmri ilə təyin edilib.
Hərbi prokurorun digər müavini ədliyyə general-mayoru Fuad Məmmədovun tərcümeyi-halı geniş ictimaiyyətə məlum deyil. Bilinən odur ki, Məmmədov Fuad Kamil oğlu 2020-ci ilin iyul ayından bu vəzifəni tutur. Onun təyinatı ilə bağlı əmri Baş prokuror Kamran Əliyev imzalayıb. Bu təyinata qədər Hərbi Prokurorluqda şöbə rəisi işləyib.