Yeni aparılan araşdırmalar maraqlı bir nəticəni üzə çıxarıb: maddi baxımdan uğurlu insanların əksəriyyəti ilin müəyyən bir ayında dünyaya gəlir. Britaniyada keçirilən genişmiqyaslı bir statistik araşdırmaya görə, gələcəyin milyarderləri və biznes liderlərinin böyük bir hissəsi sentyabr ayında doğulub.
Tədqiqatda minlərlə zəngin və uğurlu insanın doğum tarixi araşdırılıb və məlum olub ki, sentyabrda doğulanlar daha yüksək akademik uğurlar əldə edir, liderlik qabiliyyətləri daha güclü olur və erkən yaşlardan məqsəd yönümlü şəkildə hərəkət edirlər.
Alimlər bu halı məktəbə başlama yaşları ilə əlaqələndirirlər. Çünki sentyabrda doğulan uşaqlar, eyni sinifdəki digər uşaqlara nisbətən daha yetkin olur və bu, onlara təhsil həyatında üstünlük qazandırır.