Bir müddət əvvəl Tbilisidə nüfuzlu "qanuni oğru" Merab Suxumskinin 60 yaşlı qardaşı Levan Djanqvaladze güllələnərək öldürüldü. Bu, "Loti Quli"ni öldürülməsindən sonra baş verən ən səs-küylü qətllərdən biri idi. Bakupost.az xəbər verir ki, Lenta ru saytı bu qətlin səbəbi və sifarişçiləri ilə bağlı bir sıra yeni detalları təqdim edib.
Məqalədə bildirilir ki, Merab indiki yüksək mövqeyinə görə, uzun illər Rusiyanın və postsovet məkanının əksər hissəsinin kriminal dünyasının boz kardinalı sayılan Levana borcludur:
"Sovet İttifaqı dağılandan sonra DTK generalları məhz Levana işləyirdi. Kriminal avtoritetlərə qarşı ən səs-küylü sui-qəsdlərin arxasında o dayanırdı. Rusiya mafiyasının lideri sayılan Zaxari Kalaşov (Şakro Molodoy) da məhz ondan qorxurdu.
“Praym Kraym” xəbər agentliyinin redaktoru Liliya Xarina Levan Canqveladzeyə qarşı səs-küylü sui-qəsdin arxasında kimlərin dayana biləcəyi və onun ölümünün kriminal aləmdə qanlı müharibənin proloquna çevriləcəyi barədə Lenta.ru-ya maraqlı açıqlamalar verib. "Niyə Levan Canqveladzeyə sui-qəsd Rusiyanın kriminal dünyası üçün əhəmiyyətli hadisəyə çevrildi" sualına Liliya Xarina belə cavab verib:
"Levanın qardaşı Merab Suxumski bu gün "qanun oğrular" arasında dörd ən nüfuzlu şəxsdən biridir. Bu uğurun yarısının Levanın hesabına olduğunu desəm, çətin ki, yanılaram. 1991-ci ilin noyabrından qalan məşhur bir fotoşəkil var: orada həbsdən çıxan Vyaçeslav İvankov (Yaponçik) o dövrün oğru dünyasının ən nüfuzlu liderləri ilə əhatə olunub. Fotoda Yaponçik oğrular Dato Taşkentski (Datiko Tsixelaşvili) və Suxumi oğruları klanının lideri Kako Koxiya (Akaki Koxiya) arasında masa arxasında əyləşib. Koxiyanın solunda Levan Canqveladze, arxasında isə oğru Merab dayanıb. Bu foto Levanın 1990-cı illərin əvvəllərində tutduğu mövqeyi tam əks etdirir.
Levan qardaşının bütün işlərində tam ortağı idi, lakin eyni zamanda, əsl kuklaçı kimi, kölgədə qaldı. Sirr deyil ki, oğru titulu sahibinin əl-ayağını bağlayır, amma qardaşından heç də az səlahiyyətə malik olmayan Levanda bu məhdudiyyətlər yox idi.
O, Merabın edə bilmədiyi hər şeyi etməkdə tam azadlığa malik idi: qanuni və qeyri-qanuni biznes, kəşfiyyat, əks-kəşfiyyat, təhlükəsizlik sektoru və dövlət qurumları ilə əlaqələrə cavabdeh idi. Sovet İttifaqı dağılandan sonra DTK-nın keçmiş yüksək rütbəli generalları məhz Levana işləməyə başladılar.
Onlar Levana postsovet məkanında ən güclü mafiya strukturunu qurmağa kömək etdilər. Levan Podolsk mütəşəkkil cinayət qrupunun lideri də daxil olmaqla, Moskva vilayətinin bütün cinayətkar qruplaşmaları ilə dost idi və əsas hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edirdi.
"Levan Canqveladze Şakro Molodoydan əvvəl Rusiya kriminal dünyasının lideri olmuş Yaponçik və Aslan Usoyan (Ded Xasan) kimi nüfuzlu oğrulara qarşı sui-qəsdlərin təşkilatçısı hesab olunur. Bu barədə nə düşünürsünüz" sualına isə kriminal saytın redaktoru belə cavab verib:
"Levanın digər sui-qəsdlərin, o cümlədən Suxum klanında liderlik uğrunda Merab Canqveladzenin güclü rəqibi Vaxtanq Kardavaya (Vaxo Suxumski), Zaza Karkalaya və qardaşların yolunda dayanan bir çox başqalarına qarşı sui-qəsdərin də təşkilatçısı hesab olunurdu. Levanın belə qanlı hadisələrlə onların hamısını üstələməsi onun nə qədər güclü olmasından xəbər verir.
Levan Moskvada olanda hətta Şakro Molodoy da ondan ehtiyat edirdi. Və Levan sağ olduqca, Şakro heç vaxt heç yerdə rahatlıq hiss etmirdi.