Bu gün Ay Tərəzi bürcündə hərəkətini davam etdirir və bizdən münasibətlərdə balans, anlayış və orta yol tapmaq tələb olunur. Pluton və Seres arasındakı gərgin aspekt emosional bağlanma və sahiblənmə meyllərini gücləndirə bilər. Bu da bizi sevdiklərimizdən uzaqlaşdıra və ya tərk edilmə qorxusu ilə üz-üzə qoya bilər.
Bu gün bitişlər və emosional çətinliklər mümkündür. Əqrəb bürcündəki Ay isə daxili həqiqətləri ortaya çıxarmağa, intuisiyaya güvənməyə təşviq edir.
Qoç
Venera retrosu sona çatdığı üçün sevgi və şəxsi münasibətlər sahəsində yavaş-yavaş irəliləyiş hiss edə bilərsən. Bu dövr özünü ifadə etmək, təqdir almaq və şəxsi potensialını göstərmək üçün əlverişlidir.
Buğa
Özünü və münasibətlərini daha dərindən anlamağa başlayırsan. Bu günlərdə duyğularınla üzləşmək və keçmişdən gələn qorxuları buraxmaq üçün yaxşı fürsətlər yaranır.
Əkizlər
Artıq sosial münasibətlərdə daha az gecikmə müşahidə olunur. Ətrafındakı insanlarla ünsiyyətin daha ilhamverici və yaradıcı ola bilər. Bu gün dostluqlarda qarşılıqlı anlaşma və inkişaf üçün önəmli addımlar ata bilərsən.
Xərçəng
İş və ictimai nüfuzunla bağlı məsələlər ön plana çıxır. Bu dövrdə liderlik bacarıqlarını ortaya qoymaq və məsuliyyətləri bölüşmək üçün motivasiya tapacaqsan.
Şir
Güclü fikir və istəklərlə dolu bir dövrdəsən. Bu gün və sabah özünü ifadə etməkdə və yeni istiqamətlər kəşf etməkdə daha açıq və maraqlı ola bilərsən.
Qız