"Kristal Abşeron"un "City Garden Narimanov" layihəsi "Green Project Management (GPM) Global" tərəfindən təqdim edilən GPM360 beynəlxalq mükafatına layiq görülüb!

10 aprel tarixində həyata keçirilən ikinci "Sustainable Construction Summit" (Dayanıqlı Tikinti Zirvəsi) tədbirində "Kristal Abşeron"un Müşahidə Şurasının sədri Mahayət Nəbiyevə GPM 360 (Green Project Management) sertifikatı təqdim olunub. Layihənin bu beynəlxalq mükafata layiq görülməsi sosial, ekoloji və iqtisadi aspektlərdə əldə etdiyi yüksək nəticələrin və dayanıqlılıq meyarlarına ciddi şəkildə əməl olunmasının sübutudur.

GPM360 layihələrin idarə olunması prosesində dayanıqlılıq prinsiplərinin tətbiqini və P5 modeli (Məhsul, Proses, İnsanlar, Planet və Rifah) üzrə dayanıqlı inkişaf məqsədlərinə uyğunluğunu qiymətləndirən beynəlxalq sertifikasiya prosesidir. Bu qiymətləndirmə layihənin yalnız texniki və iqtisadi göstəricilərini deyil, həm də insan haqlarına, ətraf mühitin qorunmasına, sosial məsuliyyətə və uzunmüddətli rifaha töhfəsini əhatə edir.

"City Garden Narimanov" layihəsi qiymətləndirmə mərhələsində GPM360-ın tələb etdiyi bütün əsas sənədləri və məlumatları tamlıqla təqdim etmiş, sosial, ekoloji və iqtisadi təsirlərə dair ətraflı hesabatlarla fərqlənmişdir.
