BURADA REKLAMINIZ OLA
BİLƏR

“Təhminə”yə ağır itki

Türkiyəli aktrisa, “Təhminə” filmində baş rolu canlandıran Meral Konrata ağır itki üz verib. Belə ki, aktrisanın anası dünyasını dəyişib. Bu barədə Medianews.az-a açıqlamasında aktrisa özü bildirib:

 

“Anam müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Deyim ki, konkret hansısa xəstəliyi var idi, bu yalan olar. Yaşlı qadın idi. Yaşı çox idi. 98 yaşına qədər yaşadı. Ananın yaşı olmur ki.. İtkisi çox ağırdır. Üzrlü sayın, danışa bilmirəm. Çox pis vəziyyətdəyəm (ağlayır)” deyə aktrisa çətinliklə də olsa bildirib.

 

Qeyd edək ki, aktrisanın anası Konya Karamanda yaşayırdı.

Tarix: 15 Aprel 2025, 09:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin