Bir mənbədən satınalmaların sayı və məbləğində artımın qeydə alınması şəraitində bu metod üzrə qiymətlərin optimallaşmasına zərurət var.
Bunu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.