El arasında bəzi inanclar var ki, səbəbi konkret olaraq bilinmir, müxtəlif fikirlərə əsaslanır.
Bunlardan biri də “40 yaşı keçirmək olmaz” fikridir. Bu məsələ Azərbaycanda, eləcə də bəzi digər türk və müsəlman xalqları arasında yayılan inanclardan qaynaqlanır.
Belə ki, xüsusilə, yaşlı nəsildə 40 yaşı qeyd etməyin “uğursuzluq” gətirəcəyini söyləyənlər var. Bu fikir isə ölən şəxsin 40 mərasiminin keçirilməsi, bəzi inanclara görə 40 rəqəminin "mistik" və ya "ölümlə bağlı" bir rəqəm olmasıyla əlaqələndirilir. Hətta 40 yaşını qeyd etdiyi gün mübahisə yarandığını deyənlər də var. Bundan əlavə 40 gün körpənin qırxı çıxması, 40 şam yandırmaq kimi ənənələr var ki, 40 rəqəmini məhv bununla əlaqələndirirlər.