Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi və Dənizkənarı Bulvar İdarəsi Hesablama Palatasının tövsiyələrini nəzərə almayıb.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ında əksini tapıb.
Qeyd edilib ki, Hesablama Palatasının tövsiyələrinin audit obyektlərinə töhfəsi aşağıdakı kimi olub:
Töhfəsi məqbul olmuş:
- AR Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə edilməsi Agentliyi (dövlət borcu);
- AR Dövlət Neft Fondu;
- AR Milli Məclisi.
Töhfəsi qismən olmuş
-Bakı Dövlət Universiteti
-“AR Kosmik Agentliyi” PHŞ
-“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
-“Bakı Metropoliteni” QSC
-“Azərişıq” ASC
-Azərbaycan Dövlət İqtisad Universiteti