BURADA REKLAMINIZ OLA
BİLƏR

Leysan yağacaq - XƏBƏRDARLIQ

Sabah, aprelin 16-da gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 15-dən 16-na keçən gecədən yağışın aramsız leysan xarakterli intensiv, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclü olacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95 % olacaq.

 

Azərbaycanın rayonlarında hava necə olacaq?

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Tarix: 15 Aprel 2025, 12:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin