"Maşınımı satıb, klipə qoydum. Verilişə də taksi ilə gəlmişəm". Bu sözləri Əməkdar artist Lalə Məmmədova "Xəzər axşamı" verilişində deyib.
Müğənni toy gəlirinin ona bəs etmədiyini bildirib:
"İstəyirəm biznesim olsun. Mənim statusta olan müğənni oturub toydan asılı olmamalıdır. Gözləməməlidir ki, kiminsə zövqündə olacağam və məni toya çağıdacaq. Gedib 5 qəpik qazanacağam və onu da bilmirəm hara bölüm: studiya, bəstəkarın, aranjimanın pulu, klip.
Biz bu sənətin xəstəsiyik. Bizim üçün qızılın, brilyantın, evdən aldığımız zövqün sənətlə aldığımız zövqlə ölçülə bilməz.