Aprelin 15-i saat 16:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Pravda.az—a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Düşən yağıntının miqdarı Beyləqanda 26 mm (aylıq normanın 85%-i), Füzulidə 24 mm (aylıq normanın 44%-i), Zərdabda 21 mm (aylıq normanın 68%-i), Qubada 20 mm (aylıq normanın 42%-i), Göyçayda 19 mm (aylıq normanın 39%-i), Kürdəmirdə 17 mm (aylıq normanın 49%-i), Oğuzda 16 mm, Ağstafada 15 mm (aylıq normanın 40%-i), Tovuzda 14 mm (aylıq normanın 37%-i), Sabirabadda 14 mm (aylıq normanın 44%-i), Şabranda 13 mm (aylıq normanın 45%-i), Xaltanda 17 mm (aylıq normanın 25%-i), Gəncədə 10 mm (aylıq normanın 32%-i), Şahdağda 10 mm, İsmayıllıda 8 mm, Lənkəranda 7 mm, Ağdam, Cəlilabadda 6 mm, Zaqatalada 5 mm, Daşkəsən, Neftçalada 2 mm-dir. Naxçıvan MR, Xocalı, Göygöl, Şəmkir, Şəki, Balakən, Qax, Qobustan, Qusar, Tərtər, Bərdə, Yevlax, İmişli, Hacıqabul, Biləsuvar, Mingəçevir və Yardımlıda da leysan xarakterli yağış müşahidə olunur.