DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən gecə saatlarından başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir.
Paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.
Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə zəruri tədbirlər görülür.