Qısa videoların yaradılması və izlənməsi üzrə aparıcı platforma olan TikTok Azərbaycanda ilk dəfə keçirilən #Novruz2025 onlayn festivalının nəticələrini açıqlayıb.
Bu təşəbbüs platforma istifadəçiləri arasında böyük marağa səbəb olub: layihənin həştəqi ilə 12 mindən çox video hazırlanıb. TikTok, həmçinin, müsabiqənin qaliblərini elan edib: ən yaxşı videoların müəllifləri dəyərli hədiyyələr qazanıblar.
TikTok-da keçirilən onlayn festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.
Artıq iki ildir ki, TikTok Azərbaycanda yerli mədəniyyətin və maarifləndirici məzmunun təbliği istiqamətində təşəbbüslər həyata keçirir. Azərbaycanın zəngin mədəni irsi ölkədəki bir çox məzmun yaradıcıları və təşkilatlar üçün ilham mənbəyinə çevrilib. Onlar həm yerli, həm də xarici auditoriya üçün maraqlı olan unikal və cəlbedici videolar hazırlayırlar.
TikTok-un bu istiqamətdə həyata keçirdiyi əvvəlki təşəbbüslər arasında mədəni layihə olan “Muzeylər gecəsi” xüsusi yer tutur. Layihə çərçivəsində ölkənin 10 aparıcı muzeyi canlı yayımlar təşkil edərək istifadəçilərə evdən çıxmadan virtual ekskursiyalara qoşulmaq, incəsənət dünyasına səyahət etmək və Azərbaycanın muzeylərində qorunan eksponatlar haqqında daha ətraflı məlumat almaq imkanı yaradıb. Bundan əlavə, TikTok “Ədəbi qonaq otağı” layihəsini də təqdim edib. Bu layihə çərçivəsində platformada tanınmış simalar və Azərbaycanın ədəbiyyat xadimlərinin muzeyləri ilə birlikdə şeir dinləmələri təşkil olunub. TikTok-un ən genişmiqyaslı layihələrindən biri isə #TikTokdanÖyrən təşəbbüsü olub. Bu layihə Azərbaycanın 22 mədəniyyət müəssisəsini bir araya gətirib. Layihədə 14 teatr, 6 muzey, Azərbaycan Milli Kitabxanası və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu iştirak edib.
#Novruz2025 TikTok-da
Platforma bu il ilk dəfə Azərbaycandakı istifadəçilərlə birlikdə yazın gəlişini və Novruz bayramını qeyd edib. TikTok bu münasibətlə genişmiqyaslı onlayn bayram festivalının keçirildiyi əsas platformaya çevrilib. #Novruz2025 həştəqi çərçivəsində istifadəçilər bayrama necə hazırlaşdıqlarını və onu necə qeyd etdiklərini göstərən, bayram süfrəsinə aid yemək reseptlərini paylaşdıqları, eləcə də ölkələrinin zəngin adət-ənənələrinin gözəlliyini nümayiş etdirdikləri 12 mindən çox video hazırlayıblar.
Bayram süfrəsi
Novruz bayramında milli mətbəx ənənələrinin önəmli yeri var.İstifadəçilər ən çox sevdikləri milli yemək və şirniyyatların, məsələn, şəkərbura, paxlava və plovun reseptini paylaşıblar, eləcə də qonaqlar üçün gözəl və zəngin bir süfrənin necə qurulduğunu göstəriblər. Bütün bunlar dərin mədəni məna daşıyır, firavanlığı və möhkəm can sağlığını simvolizə edir.
Novruz sevdiklərinizlə
Bayram günlərində ailə və yaxınlarınızla vaxt keçirmək vacibdir. Azərbaycanın müxtəlif yerlərindən olan istifadəçilər sevimli bayramlarını ailə və dostlarının isti çevrəsində necə qeyd etdiklərini nümayiş etdiriblər. Bəziləri üçün isə bu, ilk Novruz olub.
Milli musiqi və rəqslər
Novruzun əsas aspektlərindən biri onun musiqisidir. Bayram zamanı TikTok-da milli melodiyalar daha da gur səslənib: İstifadəçilər milli Azərbaycan musiqisi ilə videolar çəkiblər, şəhərin küçələrindəki musiqi çıxışlarından reportajlar paylaşıblar və bir-birilə bayramın ab-havasını bölüşüblər.
Milli moda
Festivalın diqqətçəkən trendlərindən biri milli modaya marağın artması olub. İstifadəçilər aktiv şəkildə milli geyimləri yenidən yaradır, milli paltarların müasir təsvirlərini təqdim edir, bayram zamanı şəhərdə gəzintiyə çıxmaq üçün bu paltarları geyinib, nəsillər arasındakı əlaqəni və mədəni irsə olan hörməti nümayiş etdirirdilər.
Xalq şənlikləri
Platforma xalq şənlikləri sayəsində rəngləndi. Minlərlə insan küçələrə çıxaraq yazın gəlişini qeyd edib, milli yeməklərdən dadıb, müxtəlif fəaliyyətlərdə iştirak edib və bayram əhval-ruhiyyəsini TikTok-da paylaşıblar.




