Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
164 nömrəli sərnişin avtobusu əsas yoldan çıxaraq üzü dəniz istiqamətinə getməli olub.
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
164 nömrəli sərnişin avtobusu əsas yoldan çıxaraq üzü dəniz istiqamətinə getməli olub.
Hadisənin güclü külək səbəbindən baş verdiyi bildirilir. Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, aprelin 16-da səhər saatlarında BMH MMC-nin müvəqqəti istismarında olan 164 nömrəli marşrut avtobusu güclü külək səbəbindən yoldan çıxaraq çökəkliyə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.