Müğənni Xuraman Şuşalı həyat yoldaşı, rejissor Elçin Məmmədovla münasibətlərindən söz açıb.
“Rəngarəng” verilişində qonaq olan sənətçi bildirib ki, əri ilə boşanıb, aliment almasıyla bağlı söhbətlər edir.
“Həyat yoldaşım Elçin sosial şəbəkələrdən istifadə etməyimə qəti şəkildə icazə vermir. Hətta buna görə qırığın edir. Amma mən yenədə videolar çəkib orada yayımlayıram. Buna görə məni boşayacağından da qorxmuram. Hara boşayacaq? Alimenti çoxdur. Bəlkə də aylıq ondan ala bilmədiyimi alimentlə alacağam. Bu sözlərim heç də zarafat deyil. Tam ciddidir,.. Niyə zarafat olsun? O gün həyat yoldaşıma deyirəm ki, səndən boşanaram. Cavab verir ki, son zamanlar “boşanacağam” sözünü çox deyirsən. Mənə deyiblər ki, boşandığın təqdirdə həyat yoldaşından dörd övlada görə yaxşı aliment ala bilərsən. Alimenti alasam da uşaqlar yapışacaqlar atalarından. Sərf edir, əslində yaxşı fikirdir. Gərək bu barədə fikirləşim”, - deyə Xuraman vurğulayıb.