Goranboyda sirkə turşusu içib, sonra isə özünə bıçaqla xəsarət yetirən şəxs Bakıda xəstəxanaların birində dünyasını dəyişib.
42 yaşlı X. Xudiyevin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə aprel ayının 9-da Goranboyun Goran qəsəbəsi ərazində baş verib.
Belə ki, Kəlbəcər rayon sakini 1982-ci il təvəllüdlü X. Xudiyev xəstəxanaya yerləşdirilib. Müayinə zamanı məlum olub ki, 42 yaşlı kişi intihar məqsədilə sirkə turşusu içib və bıçaqla özünə müxtəlif xəsarətlər yetirib.