Hər şeydən dram yaradan bürclər - Özlərini serial qəhrəmanı kimi aparanlar!
Bəzi insanlar var ki, gündəlik həyatda baş verən ən kiçik hadisəni belə dram halına salmağa ustadırlar. Onların emosional reaksiyaları, münasibətlərə yanaşmaları və hər şeyə teatrabənzər yanaşmaları ilə tanınırlar. Bəs görək, astroloji baxımdan hansı bürclər hər şeydən dram çıxarmağa meyllidir?
Xərçəng - Dram kraliçası
Emosional partlayışlar və "məni heç kim anlamır" modları Xərçəngin təbii halıdır.
Kiçik bir baxış belə onlarda "yad oldum artıq" fikrinə səbəb ola bilər.
Ailə, dostluq, sevgi - hər şey Xərçəng üçün serial ssenarisi kimidir.
"O, mesajı 3 dəqiqə gec yazdı... Deməli, məni artıq sevmir..."
Şir - Səhnə onsuz mümkün deyil
Özünü həmişə mərkəzdə hiss etməlidir. Qəhrəman da, qurban da o olmalıdır.
Duyğularını abartmaq və səhnələşdirməkdə üstlərinə yoxdur.
"Dram yoxdursa, diqqət də yoxdur" - Şirin gizli şüarı budur.
"Mən belə bir şey gözləmirdim... Amma təəssüf ki, hamı mənə qarşıdır!"
Əqrəb - Duyğusal qarışıqlığın ustası
İçindəki dərin hisslər və qaranlıq ehtimallar daim onu dramatik düşüncələrə sürükləyir.