BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdir yağış sularını təmizləmək istəyərkən öldü

Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 

Aprelin 16-sı saat 16 radələrində rayonun Qaragüney kəndindəki “AzOil” yanacaqdoldurma məntəqəsinin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb. Belə ki, 1991-ci il təvəllüdlü Rusif Barat oğlu Qarayev hidroforu qoşarkən onu elektrik cərəyanı vurub. Teleqraf.az-ın məlumatına görə, ölən şəxs yanacaqdoldurma məntəqəsinin müdiri imiş. O, məntəqəyə məxsus quyuda olan yağış sularını təmizləmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

Mərhumun 2 azyaşlı övladı var.

 

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix: 17 Aprel 2025, 11:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin