BURADA REKLAMINIZ OLA
BİLƏR

“PulPal”a məcburi göstəriş verildi

Azərbaycan Mərkəzi Bankı (AMB) “PulPal” MMC elektron pul təşkilatına məcburi göstəriş verib.

 

Bu barədə AMB məlumat yayıb.

 

Qurumun həyata keçirdiyi cari nəzarət prosesləri çərçivəsində “PulPal"da plandankənar, yerində yoxlama zamanı yoxlayıcı lazımi texniki imkanlarla təmin edilməyib, aparılmış əməliyyatlar haqqında dolğun məlumatlar təqdim olunmayıb. Odur ki, “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən “PulPal”a münasibətdə təshih tədbirləri tətbiq edilib.

Tarix: 17 Aprel 2025, 11:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin